AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press relizlər

19 iyun 2017, 16:26

MBNP VƏ ABA-nın təşkilatçılığı ilə maliyyə sektorunun nümayəndələri üçün seminar keçirilib

19 iyun 2017-ci il; Bakı – 16 iyun 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud infrastruktur potensialının daha da gücləndirilməsi istiqamətində növbəti seminar keçirilib.
Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa bölgəsində Təhlükəsizlik həlləri üzrə direktoru Mark Van Puyvel tərəfindən təşkilatın bu sahədə yeni proqram və xidmətləri, o cümlədən “Safety Net”, “Policy Manager”, “Fraud Rule Manager”, “Decision Intelligence”, “Spend Alerts and Controls” və “Acquirer/Merchant Dashboard” haqqında məlumat verilib. Eyni zamanda, bu proqram və xidmətlərin banklara təqdim etdiyi üstünlüklər, fırıldaqçılıq hallarına qarşı əvvəlcədən müvafiq tədbirlərin reallaşdırılması imkanları, habelə tətbiq edilən qiymətləndirmə mexanizmi və digər zəruri məlumatlar açıqlanıb.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Digər press relizlər »