AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press relizlər

12 iyul 2017, 17:30

Bank sektorunun 31 may 2017-ci il tarixinə icmal göstəriciləri açıqlanıb

12 iyul, 2017-ci il; Bakı – Azərbaycanda  fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30,101.1 milyon manat, cəmi öhdəlikləri 27,342.2 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,758.8 milyon manatdır. Əhalinin əmanətləri 6,820.1 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2,476-dır.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,034 nəfər təşkil edir.
2017-ci ilin 31 may tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapmışdır.
Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fmsa.az ünvanına müraciət edə bilərlər. 

31 may 2017-ci il tarixinə olan bank sektorunun əsas göstəriciləri
Digər press relizlər »