AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press-relizlər

19 Aprel 2017, 11:26

MBNP-yə ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib

19 aprel, 2017-ci il; Bakı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə təsdiq edilmiş “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları” 19 aprel 2017-ci il tarixindən etibarən qüvvəyə minir.
Qaydalar aparıcı ölkələrin maliyyə bazarlarına nəzarət orqanlarının təcrübəsindən istifadə edilməklə hazırlanıb. Qaydalara əsasən MBNP-yə banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Nəzarət subyektləri tərəfindən ödənilən haqlar dövri ödənişlər və yığımlar formasında həyata keçirilir. Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla müəyyən edilib və rüblük əsasda həyata keçiriləcək.
Qaydalara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanır. Banklar və BOKT-lər tərəfindən ödəniləcək haqlar bu nəzarət subyektlərinin cəmi aktivlərinə əsasən təsnifləşdirilib.  Belə ki, cəmi aktivləri 1 milyard manatdan çox olan banklar MBNP-yə sabit olaraq – 800 min manat, cəmi aktivləri 500 milyon-1 milyard manat arası olan banklar – 500 min manat, cəmi aktivləri 500 milyon manatdan az olan banklar isə 300 min manat ödəyir.
Cəmi aktivləri 20 milyondan çox olan BOKT-lər sabit olaraq – 50 min manat, cəmi aktivləri 3-20 milyon arası olan BOKT-lər – 30 min manat, cəmi aktivləri 3 milyon manatdan az olan BOKT-lər isə MBNP-yə 15 min manat ödəyirlər.
Qaydalara əsasən, poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, klirinq təşkilatları, investisiya fondları, investisiya fondlarının idarəçiləri, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının dövri ödənişləri üçün həmçinin sabit məbləğ müəyyən edilib.
Sığortaçılar və təkrarsığortaçılar üzrə dövri ödənişlər hər rübün sonuna daxil olmuş sığorta və təkrarsığorta haqlarının həcminə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.
Kredit bürolarının dövri ödənişləri cari ildə topladıqları haqlara əsasən hesablanmaqla, mərkəzi depozitarın dövri ödənişləri isə əvvəlki ilin xalis mənfəətinə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.
Qaydalarla təsdiqlənmiş yığımlar MBNP-nin əməkdaşları tərəfindən növbədən kənar (əlavə) yoxlamaların keçirilməsi, həmçinin nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi ilə əlaqədar sərf olunan müddət nəzərə alınmaqla müəyyən edilib. Bütün nəzarət subyektlərində yerində yoxlamaların keçirilməsi zamanı 1 adam/saat üçün 30 manat müəyyənləşdirib.
Təsdiqlənmiş Qaydalara əsasən nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən haqların və yığımların məbləği aşağıdakı cədvəllərə uyğun müəyyən edilib:

Nəzarət subyektlərinin illik dövri ödəniş 
CƏDVƏLİ


                                                                                                        AZN-lə ifadə edilmişdir

Nəzarət subyekti Fərqləndirmə meyarı Ödəniləcək məbləğ Maksimum hədd

Bank

Cəmi aktivləri 1 milyarddan çox

Sabit məbləğ
800.000

Cəmi aktivləri 500 milyon – 1 milyard arası

Sabit məbləğ
500.000

Cəmi aktivləri 500 milyondan az

Sabit məbləğ
300.000

Bank olmayan kredit təşkilatı

Cəmi aktivlər 20 milyondan çox

Sabit məbləğ
50.000

Cəmi aktivləri 3-20 milyon arası

Sabit məbləğ
30.000

Cəmi aktivləri 3 milyondan az

Sabit məbləğ
15.000

Poçt rabitəsinin milli operatoru

Sabit məbləğ
70.000

​​Sığortaçı
(Qeyri-həyat)

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H1 – 30 mln)×1%

Bir sığortaçı üzrə
700 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Sığortaçı
(Həyat)
 

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

198.000 + (H – 30 mln)×1.1%

Bir sığortaçı üzrə
750 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

44.000 + (H – 10 mln)×0.77%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.44%

Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda)

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H – 30 mln)×1%

Bir təkrarsığotaçı üzrə
700.000

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Fond birjası

Sabit məbləğ
15.000

İnvestisiya şirkəti

                   

Sabit məbləğ
10.000

Mərkəzi depozitar

İllik xalis mənfəətinin
30%

250.000

Klirinq təşkilatı

15.000

İnvestisiya fondu

20.000

İnvestisiya fondunun idarəçisi

10.000

Kredit bürosu

Toplanan xidmət haqqının 10%-i

250.000

Lotereya təşkilatçısı

 
 

Sabit məbləğ
160.000

İdman mərc oyunları operatoru

Sabit məbləğ
475.000

YIĞIMLAR CƏDVƏLİ


 
                                                                                                          AZN-lə ifadə edilmişdir
Fəalliyət Nəzarət subyektləri Şərti vahid Ödəniləcək məbləğ
Yerində yoxlamaların keçirilməsi Bütün nəzarət subyektləri 1 adam/saat 30
        Attestasiya bank inzibatçıları 1 nəfər 500
sığortaçıların rəhbər işçiləri 1 nəfər 300
investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri 1 nəfər 500
səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri 1 nəfər 500

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

1 H – İlin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqları


 

Digər press relizlər »