AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press-relizlər

11 Sentyabr 2017, 03:24

2017-ci ilin yanvar-iyul ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

11 sentyabr, 2017-ci il; Bakı –  2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən 322.830.059 manat sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin  həcmi  144.008.840  manat təşkil edib.

Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,333 manat artaraq 223,458 manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 25,476 manat artaraq 113 milyon 320 min manata yüksəlib.

2017-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azpress@fimsa.az ünvanına müraciət edə bilərlər.

 

Digər press relizlər »