AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press-relizlər

13 Sentyabr 2017, 04:45

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edib

13 sentyabr, 2017-ci il; Bakı –  13 sentyabr 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkənin maliyyə sektorunda həyata keçirilən islahatlar, nəzarət və tənzimləmə tədbirləri, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı”nın restrukturizasiyasına dair fikir mübadiləsi aparıldı. BVF-nin Yaxın Şərq və Mərkəz Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycanın bank sektorunun sağlamlaşdırılması və ümumilikdə makroiqtisadi vəziyyətin sabitləşdirilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirdi. Müzakirələr zamanı qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparıldı. 

 

Digər press relizlər »