AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Karyera imkanları

Ölkədə maliyyə-bank sisteminin səmərəli inkişafının təmin edilməsi, bu sahədə tənzimlənmə və nəzarətin yaxşılaşdırılması, dövlət idarəçiliyində səmərəliliyin artırılması istiqamətində aparılan geniş islahatlar proqramı çərçivəsində yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının qarşısında duran global və strateji əhəmiyyətli vəzifələrdən irəli gələn tələblər burada müvafiq təhsilli, müasir kompetensiyalara malik, rəqabətə dözümlü peşəkar kadrların cəlb edilməsini, onların mütəmadi peşəkar inkişafına qayğı göstərməsini, habelə maddi və mənəvi tələbatlarının ödənilməsi yolu ilə məhsuldarlığının artırılmasını və təşkilata bağlılığının təmin edilməsini şərtləndirir. Bu baxımdan Palata bu missiyasının müvəfəqiyyətlə həyata keçirilməsinə təminat verən adekvat insan kapitalının formallaşdırılması çərçivəsində əmək bazarındakı yüksək potensiallı kadrların cəlb edilməsinə, onların peşəkar inkişafına və mövcud kadr potensialının qorunub-saxlanmasına xüsusi önəm verir. Hazırda yerli ali məktəblərin məzunları ilə bərabər Palatada dünyanın bir çox aparıcı universitetlərində təhsil almış peşəkar və təcrübəli heyət fəaliyyət göstərir

Press-relizlər

Digər press relizlər »