AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Vizion, missiya və dəyərlərimiz

Mandat


Maliyyə sabitliyinin təmin olunması və investorların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə maliyyə bazarlarının tənzimlənməsi və nəzarət.


Vizion


Sağlam, dayanıqlı və effektiv maliyyə sisteminin yaradılması.


Missiya


- Maliyyə dayanıqlığının təmin olunması məqsədilə maliyyə sisteminin restrukturizasiyası;

- Beynəlxalq standartlara uyğun tənzimləmə və nəzarət çərçivəsinin qurulması;

- Maliyyə xidmətləri istehlakçılarında onların hüquqlarının müdafiə  olunması əminlyini təmin edən işlək mexanizmlərin qurulması;

- Nəzarət subyektlərində effektiv müştəri eyniləşdirməsi (customers due diligence) və əməliyyatların sağlamlıq tələblərinə şərtsiz cavab verməsi (compliance) təcrübəsinə əsaslanan monitorinq çərçivəsinin yaradılması.


Dəyərlər


Tamlıq, bütövlük

    Şəxsi və iş həyatında yüksək mənəvı dəyərlərə sadiq, dürüst, vicdanlı heyət

Peşəkarlıq  

     Şəffaf və qərəzsiz tərzdə vaxtında və nəticəyə hədəflənmiş, kompetent, effektiv fəalyyət

Cavabdehlik

      Etik normalara, işgüzar standartlara, yaxşı idarəçilik və nətıcələrə fərdi sahiblik prinsiplərinə əsaslanmış fəaliyyət

Təşəbbüs və daimi inkişaf

      Bilik və bacarıqlarını mütəmadi inkişaf etdirən yaradıcı və irəliyə baxan heyət və qurum

Komanda ruhu

       Daxili kommunikasiya və əməkdaşlığı təşviq edən mühit  


Press-relizlər

Digər press relizlər »