AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi

Təkrarsığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi üçün maliyyə nəzarəti orqanına müraciət zamanı ərizəyə (Əlavə №6-da göstərilən yazılı müraciət formasına) aşağıdakı təsdiqedici sənədlərin skan edilmiş surəti əlavə edilir:

1.  Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

2. Vaxtı ilə lisenziya verilməsi üçün yekun müraciət zamanı təqdim olunan sənədlərin məzmunu üzrə hər hansı dəyişiklik baş vermişdirsə, həmin sənədlərin surətləri;

3. Dövlət rüsumunun ödənilməsini əks etdirən sənədin təsdiq edilmiş surəti.