AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Rəhbər işçilər

Sığortaçının (təkrarsığortaçının) İdarə heyətinin, Təftiş komissiyasının sədri və üzvləri, Daxili audit xidmətinin rəhbəri və Baş mühasibi, hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmış hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyinatı verilmiş şəxslər, həmçinin sığorta agenti fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxsin əmək müqaviləsi əsasında işçisi hesab olunan şəxslər maliyyə nəzarəti orqanında attestasiyadan keçməlidirlər. Həmin şəxslər aşağıdakı sənədləri Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi qaydada təqdim edilməlidir:

1) Şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq olunmuş formada);

2) 3x4 ölçüdə rəngli fotoşəkil;

3) Vətəndaş qüsursuzluğu haqqında ərizə (notariat qaydasında təsdiq edilməlidir);

4) Ali təhsil haqqında sənədin (diplomun) surəti  (notariat qaydasında təsdiq olunmuş formada);

5) Əmək kitabçasının surəti (notariat qaydasında təsdiq olunmuş formada);