AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Fond birjası

Fond birjası  - fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir.

Fond birjası üzvlərinin ticarət əməliyyatlarının ədalətli və şəffaf qaydada həyata keçirməsinə nəzarət etməli, üzvlərinin fond birjası qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədikdə, üzvlərinin maliyyə dayanıqlılığını əks etdirən göstəricilərin müəyyən olunan səviyyədən aşağı düşməsini aşkar etdikdə bu barədə nəzarət orqanına məlumat verməlidir.

Hal-hazırda Azərbaycan Respublikası ərazisində yeganə fond birjası Bakı Fond Birjasıdır http://bfb.az/