AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Klirinq təşkilatı

Klirinq fəaliyyəti qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə əqdlər üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi məqsədilə məlumatların toplanması, yoxlanılması, tutuşdurulması, mövqelərin nettinqi, öhdəliklərin sıralanması, tələblərin əvəzləşdirilməsi üzrə fəaliyyətdir. Qiymətli kağızlar bazarında klirinq fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Qiymətlı Kağızlar Bazarı haqqında” Qanunu  “Ticarətsonrası sistem və klirinq fəaliyyətinin həyata keçirilməsi Qayda”ları ilə tənzimlənir.

Klirinq təşkilatı müstəsna olaraq klirinq fəaliyyəti ilə məşğul olan, bu fəaliyyət növü üzrə lisenziyaya malik olan və səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Klirinq təşkilatı onun üzvləri olan investisiya şirkətləri və banklar ilə birlikdə ticarətsonrası sistemi təşkil edir.

Hal-hazırda Azərbaycanda klirinq fəaliyyəti Milli Depozit Mərkəz tərəfindən həyata keçirilir. 

www.mdm.az