AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

İnvestisiya fondu, investisiya fondunun idarəçisi və investisiya fondunun depozitarı

İnvestisiya fondları kollektiv investisiya fəaliyyəti ilə məşğul olan maliyyə vasitəçiləridir.

İnvestisiya fondlarının əsas mahiyyəti individual investorların vəsaitlərini bir yerdə cəmləşdirərək, peşəkar qaydada ixtisaslaşmış əməkdaşlar vasitəsilə investisiya fəaliyyətini həyata keçirməkdir. Bundan əlavə, investisiya fondları risklərin diversifikasiyası və xərclərinin optimizasiyasını fərdi investorlarla müqayisədə daha effektiv və  səmərəli şəkildə yerinə yetirir.

Azərbaycan Respublikasında investisiya fondlarının fəaliyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları,  habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

İnvestisiya fondunun idarəçisi  müstəsna olaraq aktivlərin idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə xüsusi razılığa (lisenziyaya) malik hüquqi şəxsdir. Aktivlərin idarə edilməsi  -  müstəsna predmeti müştəriyə məxsus olub, idarəçiliyə verilmiş pul vəsaitləri, qiymətli kağızlar və qanunvericiliklə müəyyən edilmiş digər əmlakla müştərinin və ya onun göstərdiyi üçüncü şəxsin mənafeyi üçün əməliyyatların aparılmasından ibarət olan idarəçilik fəaliyyətidir.