AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Prudensial nəzarət

Maliyyə bazarlarının dayanıqlı inkişafının təmin edilməsi  və investorların hüquqlarının qorunması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası lisenziyalaşdırılan şəxslər üzərində nəzarəti həyata keçirir. İnvestisiya şirkəti kapital, daxili nəzarət sistemi və risklərin idarə edilməsinə dair prudensial nəzarət tələblərinə cavab verməlidir. Qiymətli kağızlar bazarının lisenziyalaşdırılan şəxsləri üzərində nəzarət “İnvestisiya şirkətinin hesabatlarının tərtib və təqdim olunma Qaydaları”, İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalarİnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları ilə tənzimlənir.