AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Məlumatların açıqlanması

Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatları Palatanın vahid məlumat resursu olan MEAS-da açıqlamalıdır. Emitentlərin MEAS-da qeydiyyatı və məlumatların açıqlanması “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydalarına uyğun olaraq həyata keçirilir.