AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Monitorinq

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-IIIQ nömrəli Qanunu pul vəsaitlərinin leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində potensial olaraq sui-istifadə oluna bilən fiziki və hüquqi şəxslərin dairəsini müəyyən edib və onlara münasibətdə monitorinq rejim müəyyən edib. Sözügedən Qanun belə şəxsləri monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər kateqoriyasına bölərək onlar üzrə qanunvericilikdən irəli gələn öhdəlikləri fərqləndirib. Bu keçid monitorinq olunan fiziki və hüquqi şəxslərin qanunvericilikdən irəli gələn öhdəliklərinin aydın başa düşülməsi məqsədi ilə yaradılmışdır.