AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Əsas turistik bölgələr üzrə bank filial və şöbələrinin xəritəsi

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair xəritə hazırlanmışdır. İngilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə hazırlanmışdır. Xəritədə həftəsonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunmaqla, bankların abbreviaturalarını özündə əks etdirir.

Maliyyə Bazarlarına Nəzarət Palatası hazırlanmış xəritədən ölkəmizə səfər etmiş turist və qonaqların faydalanacağına ümid edir.

Əsas turistik bölgələr üzrə bank filial və şöbələrinin xəritəsi