AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərən, maliyyə bazarları üzrə ixtisaslaşmış təlim və tədris mərkəzidir. Qeyri-kommersiya təşkilatı olaraq Təlim və Maarifləndirmə Mərkəzi  2016-cı ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetirir. Mərkəz  maliyyə bazarlarında işləyən və ya işləmək istəyən və həmçinin maliyyə bazarları, alətləri, iştirakçıları, iş prinsipi haqqında məlumat əldə etmək və  biliklərə yiyələnmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir. Təlim mərkəzində maliyyə, biznes, mühasibatlıq və idarəetmə ilə bağlı müxtəlif təlimlərin tədrisi aparılır. Mərkəz maliyyə və idarəetmə təlimlərinə əsaslanaraq dünya təcrübəsi ilə sintez olunmuş “Maliyə təhlili”, “Milli mühasibat uçotu standartlarının əsasları”, “Vergi uçotu”, “Portfelin idarə olunması”, “Törəmə alətləri”, ”Azərbaycan kapital bazarı alətlərinin qiymətləndirilməsi”, “İnsan Resurslarının idarə edilməsi”, “Azərbaycan kapital bazarının prinsipləri və alətləri”,  “Risklərin idarə edilməsi”, “Portfelin idarə olunması”, “Korporativ maliyyə”, “Maliyyə hesabatlarının təhlili”, “CFA imtahanına hazırlıq” “FRM-l imtahanına hazırlıq”, “Layihələrin idarə edilməsi” və s. kimi təlim proqramları keçirilməsini təmin edir.