AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Milli Depozit Mərkəzi Azərbaycan Respublikasının Mərkəzi Depozitarıdır. Mərkəzi Depozitar müvafiq icra hakimiyyəti orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsidir.

Milli Depozit Mərkəzinin vəzifələrinə aiddir:

- qiymətli kağızların saxlanması və uçotunun aparılması;

- qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;

- qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;

- qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması; nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

- qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı;

- öz üzvlərinə, emitentlərə, fond birjalarına, klirinq təşkilatlarına fəaliyyətində nəzərdə tutulan vəzifələrlə əlaqədar xidmətlərin göstərilməsi; 

- müştərilərin sorğusu əsasında hesablarından çıxarışların;

- aparılmış əməliyyatlar haqqında məlumatların verilməsi və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş xidmətlər, yəni, investisiya fondunun səhmlərinin (paylarının) saxlanılması, onlara hüquqların, yüklülük faktlarının uçotu və təsdiqi, investisiya fondunun idarəçilikdə olan aktivlərinin, onlara dair sənədlərin saxlanılması və uçotunun aparılması, habelə, pul hesablarının açılması və aparılması, pul köçürmələrinin həyata keçirilməsi daxildir. 

 

www.mdm.az