AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

İşə qəbul prosesi

Palata beynəlxalq standartlara və korporativ idarəetmə prinsiplərinə fokuslaşmış effektiv və şəffaf insan resurslarının idarə edilməsi siyasətini həyata keçirir. Hazırda Palata kütləvi informasiya vasitələrində vakansiya üzrə elanların yerləşdirilməsi, ali məktəblərin karyera mərkəzləri ilə sıx əməkdaşlıq, məzun yarmarkaları, təcrübə proqramı və digər vasitələrilə kadrların cəlb edilməsi, habelə onların kompetensiyalarının müxtəlif seçim üsulları vasitəsilə aşkara çıxarılması və qiymətləndirilməsi üzrə məqsədyönlü fəaliyyət göstərir. Belə ki, ixtisaslı kadrpotensialının cəlb edilməsi və seçimi bir sıra seleksiya alətləri (test, müsahibə və s.) vasitəsi ilə mərhələli işə qəbul sistemi çərçivəsində aparılır.

Palatada işləməklə Siz peşəkar və dinamik komandada təcrübə əldə etmək, eyni zamanda uğurlu karyera üçün beynəlxalq və yerli təlim mərkəzlərində geniş təlim və inkişaf imkanları əldə edərək bilik və bacarıqlarınızı daha da artıra bilərsiniz.